Tərkibi:
400 q un
200 q şəkər tozu
100 q marqarin
1 yumurta
80 ml süd
10 q qabartma tozu
0,2 q vanil
Hazırlanması:
Yumşaldılmış marqarini və ya kərə yağını şəkər tozu ilə çalın. Yumurta, süd və qabartma tozu, vanil əlavə edin.
Un əlavə edib əlüstü yumşaq xəmir yoğurun.
Xəmiri 6-7 mm qalınlıqda yayın.
Keks formalarının köməyilə korjiklər kəsin.
Siniyə yığıb 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
Üzəri qızardısa, deməli, bişib, bundan artıq bişirməyin - bərk olacaq.