Tərkibi:
3 ədəd böyük boy yumurta
1 çay st əridilmiş kərə yağı (100 ml)
1 çay st günəbaxan yağı (100 ml)
1 su st toz şəkər
2,5 su st un
1 su st qatıq
1 paket qabartma tozu
3 ç/q kakao
2 ədəd armud
üstü üçün biraz toz şəkər və quru meyvələr
Hazırlanması:
Armudları qabıqları ilə mikrodalğada 2-3 dəqiqə bişirin və soyuması üçün qırağa qoyun. (mikrodalğa yoxdursa, qaynadın).
Armudlar soyuduqda birini soyub kub-kub doğrayın, digərini 2-yə bölün və çəyirdəklərini çıxarıb halqa-halqa dilimləyin.
Yumurtalar və toz şəkəri qabarıb ağaranaq qədər çırpın.
Duru yağ, əridilmiş kərə yağı və qatığı əlavə edin, orta dərəcədə çırpmağa davam edin.
Un, kakao və qabartma tozu əlavə edin.
Kub-kub doğradığınız armudları keksin için əlavə edin və sprautla qarışdırın.
Kek qəlibinə yağlı kağız sərin.
Hazırladığınız qarışımı qəlibə tökün.
Armud dilimlərini keks xəmirin üstünə 2-3 sm aralıqlara düzün. İstəyə görə quru meyvələrdən və toz şəkər səpin.
180 dərəcə əvvəlcədən isidilmiş sobada keks xəmiri quru çıxana qədər təxminən 30-35 dəqiqə bişirin.