Qadin.NET / Təzə zəncəfil çayı (video-resept)

Təzə zəncəfil çayı (video-resept)

 

Tərkibi:

1 kiçik parça zəncəfil (30 qram)

yarım limon

yarım portağal

3-4 diş mixək

bal

3-4 su st qaynar su

Təzə zəncəfil çayı (video-resept)

Hazırlanması:

Zəncəfil, limon və portağalı yuyun.

Zəncəfili tərvəzə soyanlar və ya çay qaşığı ilə soyun, dilimləyə bildiyiniz qədər nazik dilimləyin.

Portağal və limonun yarısını da halqa-halqa dilimləyin.

Şüşə dəmliyə qaynar su doldurun.

Zəncəfillər, portağal və limon parçalarını isti suyun içinə əlavə edin.

Mixək dənələrini də əlavə edin, istəyə görə biraz bal əlavə edərək qarışdırın

10 dəqiqə dəmlədikdən sonra servis edin.

 


 

15 dekabr 2019
GO BACK