Tərkibi:
1 ədəd yumurta
1,5 çay st un
1 st süd
1 çimdik duz
1 çimdik şəkər
tavanı yağlamaq üçün kərə yağı
Hazırlanması:
Duzu, şəkəri, yumurtanı çırpın.
Südü əlavə edərək çırpmağa davam edin.
Xəmiri hazır edib qırağa qoyun. Tavanı isidin və yağlayın.
İsitdiyiniz tavaya krep xəmirindən yarım çömçə tökün.
Xəmirin çömçənin tərsi ilə yayın. Üstü göz-göz olanda digər tərəfini çevirin.
15-20 saniyə bişirib düz qaba qoyun.
İlıq servis edin.