Qadin.NET / Ərikli toplar (video-resept)

Ərikli toplar (video-resept)

 

Tərkibi:

8 ədəd quru ərik

3 ədəd quru əncir

yarım su st fındıq

yarım su st qoz

1 y/q bal

yarım su st hindistan qozu 

Ərikli toplar (video-resept)

Hazırlanması:

Quru ərikləri blenderə əlavə edin, əncirlərin saplarını əlinizlə qoparın və blendera əlavə edin.

Qoz və fındığı da əlavə edərək blenderi ara verərək işlədin.

Ərzaqlar parçalanıb bir-birini tutmağa başladıqda içinə 1 yemək qaşığı bal əlavə edin.

1-2 dəfə işə qoşduqdan sonra hazırladığınız xəmiri qaba əlavə edin.

Əlinizdə sıxıb yumrulayın və qoz böyüklüyündə toplar hazırlayaraq boşqaba qoyun.

Bütün ərzaqları bitirdikdə qabın içinə sürtgəcdən keçirilmiş Hindistan qozunu əlavə edin. Hazırladığınız topları yenidən qaba qoyub, qabı tərpədərək Hindistan qozuna batırın. Soyuducuda və ya quru yerdə otaq istiliyində saxlayın.

 

27 noyabr 2019
GO BACK