Qadin.NET / Evdə şokolad sousu (video-resept)

Evdə şokolad sousu (video-resept)

 

Tərkibi:

 

1 y/q buğda nişastası

2 y/q kakao

2 su st süd

3 y/q toz şəkər

1 ç/q kərə yağı

yarım su st  bitte şokolad 

 

Hazırlanması:

Nişasta, kakao və toz şəkəri sous qazanına əlavə edin.

Üstünə yavaş-yavaş südü əlavə edərək, çırpın.

Qazı yandırın, orta dərəcədə sous halına gələnə qədər bişirin.

Sousa şokolad və kərə yağını əlavə edərək qazın üstündən götürün.

Şokolad tamamilə əriyənə qədər qarışdırın.

Şokolad əridikdən sonra qabıq bağlamaması üçün arada qarışdıraraq soyudun.

Soyuduqdan sonra istifadə edə bilərsiniz bə ya ağzı bağlı bankaya qoyaraq soyuducuda 3 gün saxlaya bilərsiniz.

 

25 noyabr 2019
GO BACK