Tərkibi:
(2 nəfərlik)
2 ədəd hamburger çörəyi
2 ədəd yumurta
3-4 ç/q pendir (qırıntıları)
duz
istiot
Servis üçün:
istəyə görə doğranmış cəfəri
xiyar
pomidor
Hazırlanması:
Hamburger çörəyinin ortasını keks qəlibi və su stəkanı ilə dibinə qədər enmədən dairə formasında kəsin.
Biraz pendir qırıntılarını çörəyin içinə yerləşdirin. (pendiri çox doldurmayın ki, yumurta axıb getməsin)
Pendirin üstünə yumurta qırın, duz və istiotla dadlandırın.
Sobada yumurta istədiyiniz formada bişənə qədər bişirin.
Bişən çörəkləri cəfəri ilə servis edin.