Tərkibi:
3 ədəd orta boy heyva
2 st şəkər tozu
450 ml su
Üzərinə:
qaymaq
fıstıq
Hazırlanması:
Heyvaları ortadan iki yerə bölün, çəyirdəklərini çıxarın. Tumlarını təmizləyin və qabıqlarını soyun.
Təmizlədiyiniz və sudan keçirdiyiniz heyvaları qazana düzün.
Qazanda heyvaların üstünə şəkər tozu əlavə edin.
Heyva qabıqlarının müəyyən qədərini və heyva çəyirdəklərini qazana əlavə edin.
Heyvaların yarısına gələcək qədər su əlavə edin. 1-2 y/q qədər quru hibiskus (çin qızılgülü) əlavə edin.
Aşağı dərəcədə heyvalar yumşalana və rəngini alana qədər bişirin.
Qazanda soyumağa qoyduğunuz heyvaları servis qabına düzün.
Üzərinə şərbət gəzdirin.
Qaymaq əlavə edin və fıstıqları səpərək servis edin.
Nuş olsun!