Tərkibi:
1 ədəd yaşıl alma
1 ədəd qırmızı alma
7-8 y/q yulaf əzməsi
2 y/q bal
1/4 st badam südü
Hazırlanması:
Almaları yuyub qabıqlarını soyun. Qabın içinə almaları sürtgəcdən keçirin. Almaların suyunu əlinizlə sıxıb yeni qaba qoyun.
Yulafı almaların içinə əlavə edin. Südü də əlavə edib qarışdırın. Süd köməyi ilə yulafların yumşalmasını təmin etdikdən sonra balı əlavə edin və qarışdırın.
Ehtiyac varsa yulaf əlavə edin və əlinizlə kiçik parçalar götürərək yumrulayın. Düz qaba darçın əlavə edin. Alma toplarının içinə atıb darçına batırın. Servis qabına düzün.