Tərkibi:
4 ədəd orta boy alma
2 y/q bal
1 ç/q darçın
Hazırlanması:
Almanı yaxşıca yuyub quruladıqdan sonra bütöv halda nazik dilimləyin.
Bişirmə kağızı sərdiyiniz listə alma dilimlərini yerləşdirin.
Dilimlərin üstünə fırça ilə bal çəkin.
Darçını kiçik süzgəclə bütün dilimlərin üstünə səpin.
Əvvəlcədən isidilmiş 120 dərəcəlik sobada fanlı proqramda 1 saat bişirin və ilıqlaşdıqdan sonra yeyin.