Qadin.NET / Mikrodalğada şokoladlı keks (foto-resept)

Mikrodalğada şokoladlı keks (foto-resept)

 

Tərkibi:

40 qram bitter şokolad

50 qram kərə yağı

1 ədəd yumurta

1 y/q toz şəkər

3 y/q un

 

Mikrodalğada şokoladlı keks (foto-resept)

 

Hazırlanması:

Şokoladları doğrayın, kərə yağı ilə birlikdə kasaya qoyun. 600 vatda 40 saniyə əridin. Qarışdıraraq soyumağa qoyun.

 

Mikrodalğada şokoladlı keks (foto-resept)

 

 

Yumurta və şəkəri rəngi ağarıb köpük-köpük olana  qədər çırpın. Otaq istiliyində şokoladlı qarışımı çırpma qabına əlavə edin.

Unu qataraq qarışdırın. Servis edəcəyiniz stəkana və ya qaba qarışımı tökün.

 

Mikrodalğada şokoladlı keks (foto-resept)

 

 

600 vatda 1 dəqiqə 10 saniyə bişirin. Üstünə 1 top dondurma qoyaraq servis edə bilərsiniz.

 

Mikrodalğada şokoladlı keks (foto-resept)

 

 

5 fevral 2020
GO BACK