Qadin.NET / Qozlu şokoladlı bonbonlar (foto-resept)

Qozlu şokoladlı bonbonlar (foto-resept)

 

Tərkibi:

 

5-5,5 su st didilmiş keks

1 su st qutu krem

4-5 ədəd quru əncir (doğranmış)

2-3 y/q iri doğranmış qoz

1 ç/q darçın

 

Bəzəmək üçün:

250-300 qram bitter şokolad

kiçik şokoladlı tort bəzəyi

 

Hazırlanması:

Əncirlərin saplarını kəsin və kiçik kublar halında doğrayın.

Qozları da əncirlər kimi bıçaq köməyi ilə doğrayın.

Doğradığınız ərzaqları və 2-3 su stəkanı didilmiş keksləri dərin kasaya qoyun. İçinə krem əlavə edərək yoğurmağa başlayın. 

Yoğurduğunuz xəmirə darçın əlavə edin, üstünə biraz daha kek qırıntısı əlavə edərək xəmiri hazırlayın.

Xəmirdən qoz böyüklüyündə parçalar qoparın və əlinizlə yuvarlayın.

Bütün xəmir yuvarladıqdan sonra mikrodalğada əritdiyiniz şokolada batırın. 

Soba listinə yağlı kağız sərin, hazırladığınız bonbonları şokolada batırdıqdan sonra listə düzün.

 

Qozlu şokoladlı bonbonlar (foto-resept)

 

 

Üstünə tort bəzəyi səpərək otaq istiliyində donmağa qoyun.

15-20 dəqiqə sonra şokoladlar donduqdan sonra servis edə bilərsiniz. 

 

Qozlu şokoladlı bonbonlar (foto-resept)

 

 

8 noyabr 2019
GO BACK