Qadin.NET / Soba kətəsi (foto resept)

Soba kətəsi (foto resept)

Lazım olan ərzaqlar:

Un - 1 kq

Qabartma tozu - 1,2 qaşıq

Su - 2 stəkan

Kartof - 5 ədəd

Soğan - 1 ədəd

İspanaq - 2 dəstə

zövqə görə Azərduz yodlu  narın xörək duzu

Hazırlanması:

Xəmir yoğurulur, kündələnir, kündə özunə gəlir.

Kartof xırda-xırda doğranır.

Soğan xırda-xırda doğranır.

Göyərti də xırda-xırda doğranır.

İçlik hazırdır.

  Xəmir soba qabında əl ilə bir az yayılır.

İçlik əlavə olunaraq ağzı bükülür.

Üstunə yumurta sarısı çəkilərək sobaya qoyulur.

150-200 dərəcədə bişirilir.


Bişəndən sonra arasına zövqə görə kərə yağı qoyub sellofana buksəniz, yumşaq olar.
Nuş olsun!

29 oktyabr 2011
GO BACK