Tərkibi:
200 qram şokolad
4-5 ədəd banan
qoz, qovrulmuş badam
istəyə görə bonibon və ya şəkər
Hazırlanması:
Qoz və badamı bıçaqla doğrayın və qırağa qoyun.
Bananları soyun, ortadan iki hissəyə bölün və kəsik yerlərindən çubuqları bananın yarısına qədər salın.
Şokoladı mikrodalğada əridin. Bananları ərimiş şokolada batırın.
İstəyinizə görə şokoladlı banana badam, qoz, şəkər və ya bonibon səpərək yağlı kağız üstünə qoyun.
Şokolad otaq istiliyində tamamilə donduqda servis edin.