Tərkibi:
1 paket kərə yağı
2 su st un
Şərbət üçün:
2,5 su st toz şəkər
1,5 su st su
1 su st süd
3 y/q kakao
Servis üçün:
Hindistan qozu
fındıq
Hazırlanması:
Su, süd, kakao və şəkəri sous qazanına qoyun, aşağı dərəcədə şəkərə əriyənə qədər qatışdıraraq qaynadın.
Kərə yağını qazanda əridin, üstünə unu əlavə edin və qovurmağa başlayın.
Un qoxusunu verib,rəngi tündləşəndə qazın dərəcəsini azaldın və şərbəti əlavə edin.
Tündləşib qaşığa və qazana yapışmayan halana gələnə qədər (təxminən 2-3 dəqiqə) qarışdıraraq bişirin.
Qazı söndürün, qazanın qapağını bağlayaraq halva ilıqlaşana qədər qırağa qoyun.
Qəlib vasitəsilə forma verin. İstəyə görə fıstıq, badam və ya qozla servis edin.