Qadin.NET / Granola (foto-resept)

Granola (foto-resept)

 

Tərkibi:

1,5 su st yulaf əzməsi

yarım su st qoz

yarım su st çiy fındıq

yarım su st çiy badam

3-4 y/q kabak çəyirdəyi içi

yarım su st çəyirdəksiz üzüm qurusu

yarım su st doşab

3 y/q bal

1 ç/q toz darçın

 

Hazırlanması:

Qoz, badam və fındığı iri doğrayıb, qabın içinə qoyun.

Üstünə yulaf əzməsi, darçın və kabak çəkirdəyini əlavə edərək qarışdırın.

Bal və doşabı bir qabda qarışdırıb quru ərzaqlara əlavə edin və hamısı doşaba qarışana qədər qarışdırın.

Soba listinə yağlı kağız sərin, qarışımı listə yayın.

Granola (foto-resept)

Sobaya verdikdən 10 dəqiqə sonra listi çıxarın, listdəki ərzaqları sprautla qarışdırın və yenidən sobaya verin.

10 dəqiqə sonra yenidən qarışdırın və sobaya verin.

5 dəqiqə sonra sobanı söndürün. Sobanın qapağını açın, soyuması üçün qırağa qoyun.

Tamamilə soyuduqdan sonra əlinizdə ovaraq bankaya qoyun. İçinə istəyə görə quru meyvə əlavə edib, səhər yeməyində yeyə bilərsiniz.

Granola (foto-resept)

 

19 sentyabr 2019
GO BACK