Qadin.NET / Ağızda dağılan ekler (foto-resept)

Ağızda dağılan ekler (foto-resept)

 

Tərkibi:

 

Xəmir üçün;

 

100 qram kərə yağı

1 st su

1 ç/q toz şəkər

1 st un

4 ədəd yumurta

duz

yarım paket vanil

 

Kremi üçün;

2 st süd

3 qaşıq nişasta

3 qaşıq toz şəkər

50 qram kərə yağı

yarım paket vanil

1 paket krem şanti

 

Hazırlanması:

Kremi üçün süd, toz şəkər və nişastanı qazanda çırpın və qazın üstünə qoyub qarışdıraraq bişirin. 

Vanil və kərə yağını qarışdırıb, soyumağa qoyun. Xəmiri hazırlamaq üçün su, kərə yağı, toz şəkər və duzu qazanda qaynadın.

Sonra içinə 1 stəkan unu əlavə edib sürətlə qarışdırın və soyumağa qoyun. Xəmir soyuduqca içinə vanil və 1 yumurta əlavə edib mikserlə çırpın.

Ağızda dağılan ekler (foto-resept)

Xəmirə yenidən 1 yumurta əlavə edib çırpın. Yumurtaları tək-tək əlavə edib xəmirə yedizdirdikdən sonra xəmiri sıxma torbasına doldurun və listə sıxın.

Əvvəlcədən 170 dərəcədə isidilmiş sobada 35 dəqiqə bişirin. 

Kremin içinə, toz krem şanti əlavə edib, mikserlə çırpın və soyuyan xəmirin içinə sıxıb üstünü də bəzəyin. 

Ağızda dağılan ekler (foto-resept)

14 sentyabr 2019
GO BACK