Qadin.NET / Dondurmalı bisküvit (foto-resept)

Dondurmalı bisküvit (foto-resept)

 

Tərkibi:

 

150 qram kər yağı

1 ədəd yumurta

1 su st qəhvəyi şəkər

300 qram ələnmiş un

1 paket qabartma tozu

150 qram damla şokolad

Dondurma

 

Hazırlanması:

Otaq istiliyində saxladığınız kərə yağını mikserlə krem halına salın. 1 yumurta və 1 su stəkanı qəhvəyi şəkər əlavə etdikdən sonra qarışdırmağa davam edin. Ələnmiş unu və qabartma tozunu qatın. Kərə yağını taxta qaşıqla qarışdırın. Son olaraq damla şokoladı əlavə etdikdən sonra bərabər miqdarda yayılması üçün qarışdırmağa davam edin. Bisküvitin xəmirini 12 hissəyə bölün.

Dondurmalı bisküvit (foto-resept)

Yağlı kağız sərili soba listinə aralıqlarla yerləşdirin. Top şəklində olan bisküvit xəmirlərinin üstünə stəkanla basıb forma verin. Çox incə olmalarına diqqət edin. Əvvəlcədən isdilmiş 180 dərəcədə 12-13 dəqiqə bişirdikdən sonra sobadan çıxarın. Soyuması üçün otaq istiliyində saxlayın. İki bisküvitin arasına istədiyiniz qədər dondurma qoyub, sendvic formasında örtün. 

Dondurmalı bisküvit (foto-resept)

21 avqust 2019
GO BACK