Tərkibi:
2 ədəd banan
1 top şokoladlı, çiyələkli, vanilli dondurma
2 ədəd bisküvit
şokolad sousu
tort bəzəyi
fındıq
meşə meyvələri
Hazırlanması:
2 ədəd bananın qabığını soyub, uzunlamasına ortadan iki hissəyə bölün. Servis qabına qoyduğunuz bananların ortasına 1 top şokoladlı, çiyələkli, vanilli dondurma yerləşdirin. 2 ədəd bisküvit , üzərinə 2 yemək qaşığı şokoladlı sous gəzdirin. İstədiyiniz qədər tort sousu və fındıq səpin. Təzə meşə meyvələri ilə soyuq halda servis edin.