Tərkibi:
1,5 su st toz şəkər
yarım su st su
2 y/q kərə yağı
yarım paket duru krem
4 damla limon suyu
Hazırlanması:
Toz şəkər, su və təzə sıxılmış limon suyunu bir tavanın içinə əlavə edib qazın üstündə bişirməyə başlayın.
Şəkər karameliza olmaya başlayanda içinə kərə yağı qataraq əriməsini gözləyin.
Kərə yağı əritdikdən sonra içinə krem əlavə edərək sürətlə qarışdırın.
Karamel bişməyə başlayanda qazın üstündən götürüb istifadə etməyə başlaya bilərsiniz.