Tərkibi:
4 ədəd yumurta sarısı
1 ç/q vanil
1 paket krem (200 ml)
1 su st çəyirdəksiz albalı
yarım su st bisküvit qırığı
yarım su st fındıq qırığı
Şərbəti üçün
yarım su st su
yarım su st toz şəkər
Hazırlanması:
Su və şəkəri şərbət olana kimi qaynadın, qazın üstündən götürün.
Benmaridə yumurta sarılarını çırpma qaşığı ilə çırpın. Hazırladığını şərbəti ip kimi axıdın və qabarıb, rəngi açılana qədər çırpın.
Qatılaşdırda vanili əlavə edin, benmaridən çıxarın və soyuducuda soyumağa qoyun.
Kremi mikserlə çırpıb, qabardın.
Soyutduğunuz yumurtalı qarışımı qarışdırın.
Silikon qəlibləri su ilə ısladın və suyunu süzün.
Qabların yarısına parfe qarışımı tökün, albalıları qablara yerləşdirin və qalan qarışımı tökün. Sonda bisküvitləri əlavə edin.
Soyuducuda 3-4 saat soyudun.