Tərkibi:
3 Badımcan
500 qr. quzu əti
2 ədəd baş soğan
1 şorba qaşığı "Bizim Tarla" "Bizim Tarla" tomat pastası
1 çay q. bibər sousu
2 dəfnə yarpağı
5 ədəd pomidor
3 ədəd bibər
Bitki yağı
Yumru qara bibər
Azərduz yodlu narın xörək duzu
3 Badımcan
500 qr. quzu əti
2 ədəd baş soğan
1 şorba qaşığı "Bizim Tarla" "Bizim Tarla" tomat pastası
1 çay q. bibər sousu
2 dəfnə yarpağı
5 ədəd pomidor
3 ədəd bibər
Bitki yağı
Yumru qara bibər
Azərduz yodlu narın xörək duzu
Üzəri üçün:
Holland pendiri
Holland pendiri
Hazırlanması:
Quzu ətini küp küp doğrayın. Kiçik bir qazana bitki yağı tökün və əti qovurun. Soğanları doğrayın və ət qovrulduqdan sonra qazana əlavə edin. Dəfnə yarpağı və yumru qara bibəri qoyun. Bibər sousu ve tomatı və doğranmış bibərləri əlavə edin. Badımcanları közləyin. Közlənən badımcanları soyub, incə incə doğrayın.
Şüşə soba qabına yumru dilimlənmiş pomidorları düzün. Üzərinə əvvəl badımcanları, ardından souslu quzu ətini alın. Son olaraq üzərini rəndələnilmiş holland pendiriylə örtün. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada, pendir əriyib qızarana qədər bişirin.
Nuş olsun!