Tərkibi:
1 ədəd böyük boy qarpız
200 qram yarım yağlı ağ pendir
8 yarpaq təzə nanə
8 şaxə kəklikotu
2 y/q zeytun yağı (istəyə görə)
Hazırlanması:
Qarpızı əvvəlcədə isidin. Dilimlərinin böyük olması üçün uc qismi basıq, ortası geniş olan qarpız seçin. Qarpızı bol suda yuyub, qurulayın.
Kəskin bıçaqla uc qismindən kəsib orta hissəsinə yaxınlaşa bilərsiniz. Rahatlıqla yuvarlaq dilim çıxarda bilərsiniz.
Qarpız dilimləyən alətdən də istifadə edərək qarpızı 8 bərabər hissəyə bölə bilərsiniz.
Hər dilimin üstünə pendir səpin. Təmizlənmiş təzə kəklikotu və nanə yarpaqları düzün.
Xəfif dad üçün istəyə görə üstünə zeytun yağı gəzdirə bilərsiniz.