Qadin.NET / Vanilli pudinq (foto-resept)

Vanilli pudinq (foto-resept)

 

Tərkibi:

 

3 su st süd

1,5 çay st şəkər

1,5 y/q nişasta (qarğıdalı və ya buğda nişastası)

1 y/q un

1 paket vanil

1 y/q kərə yağı

 

Hazırlanması:

Əvvəlcə südü pudinq hazırlamaq üçün olan qazana əlavə edin.

Sonra şəkəri, nişastanı, unu əlavə edib orta dərəcədə qaynayana qədər qarışdırın.

Vanilli pudinq (foto-resept)

Qaynadıqdan sonra vanil və kərə yağını əlavə edib, biraz daha qarışdırın, altını söndürün.

Kasalara tökün. Biraz soyuduqdan sonra soyuducuda 1-2 saat gözləyin.

Üstünə meyvə, sürtgəcdən keçirilmiş şokolad və ya rəngli bəzəklərdən qoyub servis edə bilərsiniz. 

Vanilli pudinq (foto-resept)

10 iyul 2019
GO BACK