Tərkibi:
2 su st vanilli pudinq
1 paket süd kremi
1 su st isti su
1 y/q neskafe
Fincan başına 1 ədəd bisküvit
üstü üçün kakao
Hazırlanması:
2 su stəkanı soyuq pudinqi dərin kasaya qoyun, üstünə süd kremi əlavə edərək, xəfif qabarana qədər çırpın.
İsti su və neskafeni bir kasada qarışdırın.
Hazırladığınız hər qəhvə üçün 1 ədəd bisküvit batırıb isladın.
Bisküvitləri 2-3 hissəyə bölərək fincanların dibinə yerləşdirin.
Hazırladığınız kremi bərabər formada yerləşdirin.
Üstlərinə kakao səpin, soyuducuda ən az 3 saat saxlayın.
Soyuq servis edin.