Tərkibi:
2 su st qatıq
4 su st su
5 şaxə təzə nanə
1 ç/q quru nanə
1 ç/q duz
Hazırlanması:
Qatığı və 1 suyu dərin qabın içinə əlavə edin. Daha sonra çəngəllə qarışdırın.
Sonra nanələri xırda-xırda doğrayıb, qatığa əlavə edin. Qarışdırmağa davam edin.
Sonda duzu, qalan suyu əlavə edərək qarışdırın. Quru nanə ilə servis edə bilərsiniz.