Qadin.NET / Brüssel kələmi yeməyi (foto-resept)

Brüssel kələmi yeməyi (foto-resept)

 

Tərkibi:

 

Brüssel kələmi yeməyi (foto-resept)

 

1 paket brüssel kələmi

1 ədəd soğan

1 ədəd kök

1 ədəd kartof

duru yağ

1 y/q tomat pastası

duz

1 ədəd toyuq bulyonu

istiot

kifayət qədər su

 

Hazırlanması:

Kələmlərin üst hissələrini ölü yarpaqlardan təmizləyin. Kök hissələrini təmizləyin.

Sonra qaynayan suyun içinə ataraq 10 dəqiqə bişirin.

Ayrıca tavaya duru yağ, soğan və tomat pastası əlavə edərək qovurun.

Brüssel kələmi yeməyi (foto-resept)

Kartof və kökü kələm böyüklüyündə kub-kub doğrayaraq qovurmağa davam edin.

Qaynadılmış brüssel kələmlərinin suyunu süzərək duzlayın.

Ən son qovurduğunuz tərəvəzləri və kələmi qazana qoyaraq az suda təxminən 40 dəqiqə bişirin.

İsti-isti servis edin.

Brüssel kələmi yeməyi (foto-resept)

 

 

23 iyun 2019
GO BACK