Qadin.NET / Krem karamel şirniyyatı (foto-resept)

Krem karamel şirniyyatı (foto-resept)

 

Tərkibi:

 

7 ədəd yumurta

1 paket vanil

yarım limon qabığı sürtgəcdən keçirilmiş

1 kiloqram süd

1 stəkan toz şəkər

 

Karamel üçün:

10 yemək qaşığı toz şəkər

 

Hazırlanması:

 

İlk əvvəl karameli hazırlayın. Bunun üçün tavanın içinə toz şəkəri karamelize edin. Şəkər maye halını aldıqda donmadan servis kasalarının dibinə tökün.

Südü qazanda qaynadın. Digər ərzaqları başqa qabın içində mikserlə qarışdırın. 

Çırpılan ərzaqların içinə isti süd əlavə edin və sürətlə qarışdırmağa davam edin.

Krem karamel şirniyyatı (foto-resept)

Kasaları soba listinə qoyun və altlarına 2 barmaq su əlavə edin.

Hazırladığınız kremi də əlavə edərək sobaya verin.

Sobada 160-170 dərəcədə bişirin.

Bişən krem karamelləri 12 saat ərzində soyuducuda saxlayın və servis edin.

Krem karamel şirniyyatı (foto-resept)

18 iyun 2019
GO BACK