Qadin.NET / Ərikli yulaf topları (foto-resept)

Ərikli yulaf topları (foto-resept)

 

Tərkibi:

 

15 ədəd quru ərik

6 ədəd xurma

1/2 su st yulaf

2 ç/q darçın

 

Hazırlanması:

 

Quru ərikləri və xurmaları bir qabın içinə əlavə edin. Yumşalması üçün üstünə isti su əlavə edin və təxminən 10 dəqiqə gözləyin.

Yumşalan ərikləri və xurmaları sudan çıxarın. Yaxşıca qurulayın.

Xurmaların çəyirdəklərini çıxarın. 

Xurma və ərikləri blenderə əlavə edin. Yulafı əlavə edin.

 Yulaf və meyvələri blenderdən keçirin.

 

Ərikli yulaf topları (foto-resept)

 

 

Qarışımı bir qaba töküb, içinə darçın əlavə edərək qarışdırın. 

Bir listə bişirmə kağızı sərin. Qarışıma istədiyiniz formanı verin.

Soyuducuda 3 saat saxlayın.

 

Ərikli yulaf topları (foto-resept)

 

30 may 2019
GO BACK