Qadin.NET / Saray muhallebisi (foto-resept)

Saray muhallebisi (foto-resept)

 

Tərkibi:

 

100 qram kərə yağı

1 litr süd

4 qaşıq təpələmə un

1 su st şəkər

1 paket vanil

1 su st döyülmüş qoz

1 ədəd yumurta sarısı

 

Hazırlanması:

Südü qazana boşaldıb, aşağı dərəcədə isidin.

Yumurta sarısı ilə şəkəri eyni qabda qarışdırın.

Bu qarışımı südə əlavə edib şəkərin əriməsini təmin edin.

Şəkər əridikdən sonra qazın altını söndürün. Çox isinməməlidir.

Başqa qazanda 100 qram marqarini əridib üstünə unu əlavə edərək qovurun.

Sonra qovurduğunuz una südü əlavə edib, qazın üstündə davamlı qarışdırın.

Saray muhallebisi (foto-resept)

Sonra qazı söndürüb vanil əlavə edərək 5-10 dəqiqə davamlı qarışdırın, soyudun.

Daha sonra qabı isladıb qarışımı tökün.

Üstünə döyülmüş qoz səpin, soyuducuda soyutduqdan sonra servis edə bilərsiniz.

Saray muhallebisi (foto-resept)

21 may 2019
GO BACK