Qadin.NET / Dadlı tost (foto-resept)

Dadlı tost (foto-resept)

 

Tərkibi:

2 dilim tost çörəyi

4 dilim kolbasa

4 dilim pendir

2 ədəd kiçik xiyar turşusu

pomidor

ketçup

 

Hazırlanması:

İlk olaraq 4 dilim kolbasa dilimlərini tavada bir dəqiqə bişirin. 

1 dilim tost çörəyinin üstünə pendir qoyun və üstünə bişmiş kolbasa dilimlərini yerləşdirin.

Onların üstünə xiyar turşusu dilimləyin, ketçup sıxın.

SOn olaraq, pomidor və pendir dilimlərini yerləşdirib, çörəklə üstünü örtün.

Dadlı tost (foto-resept)

Daha sonra tost aparatını qızdırın.

Tostu tost maşınına qoyun. Üstünə 3-4 parça kərə yağı əlavə edin və qızarana qədər bişirin.

Daha sonra servis edin.

Dadlı tost (foto-resept)

18 may 2019
GO BACK