Qadin.NET / Dovğa (foto-resept)

Dovğa (foto-resept)

 

Tərkibi:

 

1 litr qatıq

1 litr su

100 qram çiy düyü

1ədəd yumurta

keşniş, şuyud, kəvər, yaşıl sarımsaq

Bir ovuc noxud

 

Hazırlanması:

  Noxudu yumuşalanadək bişirib, kənara qoyun. Doğranmış göyərtini aşsüzənə qoyub yuyun ki, yaşılı getsin. Əlinizlə sıxmayın. Aşsüzəni kənara qoyun. Qazanda qatıq, sü, un və yumurtanı qarışdırın. Düyünü əlavə edin. Taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra  orta odda qaynadın. Bu proses təxminən 7-10 dəqiqə çəkəcək. Qaynamağa başlayanda göyərtini əlavə edin. Arada qarışdıra-qarışdıra təxminən 7-8 dəqiqə, və yaxud düyü yumuşalanadək bişirin.

Dovğa (foto-resept)

Noxudu əlavə edib, qazanı kənara çəkin. Qoyun dovğa soyusun. Sonra isə ona duz əlavə edib kasalarda süfrəyə verin. İstəyə görə dovğanın üstü istiotla bəzənir. Doğvanı soyuducuda soyudduqdan sonra da süfrəyə vermək olar. Dovğa qatılaşdığında, ona bir az su əlavə edib durulaşdırın.

 

Dovğa (foto-resept)

 

7 may 2019
GO BACK