Tərkibi:
1 litr süd
2 qəhvə fincanı un
1 y/q marqarin
2,5 qəhvə fincanı toz şəkər
1 paket vanil
1 su st hindistan qozu (sürtgəcdən keçirilmiş)
Üstü üçün
6 ədəd çiyələk
Hazırlanması:
Qazanda süd, un və şəkəri əlavə edib qarışdırıb çırpın, sonra bişirin.
Qaynamağa başladıqda marqarin və vanili əlavə edin, yenidən qarışdırın.
Bişən qarışımı qazın üstündən götürüb, qəhvə fincanına 2 barmaq boşluq buraxacaq qədər tökün.
Fincandakı şirniyyat soyuduqdan sonra soyuducuda ən az 4 saat saxlayın.
Sonra fincandan çıxarın hindistan qozuna batırın.
Son olaraq istəyə görə meyvə ilə bəzəyib servis edə bilərsiniz.