Tərkibi:
yarım su st ağ un
1/4 su st yulaf unu
5 y/q şəkərsiz kakao
1/2 ç/q qabartma tozu
1/2 ç/q dəniz duzu
2/3 st alma püresi
1/3 balqabaq püresi
1 y/q bal və ya doşab
1 y/q vanil
5 y/q hindistan qozu südü (adi süd də istifadə edə bilərsiniz)
1/4 su st bitter şokolad
Hazırlanması
Sobanı əvvəlcədən 180 dərəcə isidin
Bütün quru ərzaqları (un, kakao, qabartma tozu, duz) qarışdırın.
Maye ərzaqları isə ayrı qabın içində qarışdırıb, quru ərzaqların içinə yavaş-yavaş əlavə edin.
Bişirmə qabını yağlayın və ya yağlı kağız sərin.
Xəmiri tökün və bərabər miqdar yayın.
Bitter şokoladı parçalayıb üstünə səpin
15-20 dəqiqə bişirin. Bişirmə müddətini qısalda bilərsiniz.
Soyumağa qoyun və dilimləyərək servis edin.