Tərkibi:
3 ədəd yumurta
yarım su st buynuz ağacı doşabı
yarım su st üzüm doşabı
1 su st zeytun yağı
1 su st süd
3 su st buğda unu
1 çay st qoz içliyi
1 y/q kakao
1 ç/q darçın
1 paket qabartma tozu
1 paket vanil
4 damla limon suyu
Hazırlanması:
Dərin qarışdırma qabının içinə yumurtaları əlavə edib yaxşıca qarışdırın. Sonra içinə doşabı əlavə edərək qarışdırın.
Zeytun yağını və südü əlavə etdikdən sonra un, qabartma tozu, vanil, darçın və kakaonu qarışıma əlavə edin.
Son olaraq qozları və limon suyunu əlavə edin. Yaxşıca qarışdırıb, qozların homogen hala gətirin.
Keks qəlibini yağlayaraq içinə qarışımı tökün. 180 dərəcə sobada təxminən 30 dəqiqə bişirin.
Bişən keksi sobada çıxarıb soyuduqdan sonra dilimləyərək servis edə bilərsiniz.