Tərkibi:
1 y/q üzüm sirkəsi
1 ç/q duz
4 ədəd yumurta
1 su st un
2 şaxə rozmarin
1 su st çörək qırıntısı
2 litr su
Hazırlanması:
Dərin qazana su əlavə edib qaynamağını gözləyin.
Qaynayan suyun içinə sirkə və duzu əlavə edin. Qaşıqla suyu qarıştırarkən yumurtaların birini kasaya qırın və digər yumurtanı suyun içinə yavaşca buraxın.
3 dəqiqə bişirib, suyunu süzərək qazandan götürün.
Bişirdiyiniz yumurtanı əvvəlcə una batırın sonra çırpdığınız yumurtaya batırın.
Son olaraq təzə rozmarini çörək qırıntıları ilə bir kasada qarışdırın. Un və yumurtaya batırdığınız yumurtaları çörək qırıntısına batırın və yağda 2 dəqiqə qızardın.
Soyumadan isti-isti servis edin.