Qadin.NET / Qiyməli səhər yeməyi (foto resept)

Qiyməli səhər yeməyi (foto resept)

 

Tərkibi:

 

Xəmiri üçün:

3 su st un

1 su st ilıq su

1 y/q üzüm sirkəsi

1 ç/q duz

 

Xəmir qatlarına çəkmək üçün:

3 y/q əzilmiş xaşxaş

1 çay st duru yağ

 

İçlik üçün

2 ədəd qaynadılmış kartof

200 qram qiymə

1 ədəd soğan

yarım ç/q duz

1 ç/q istiot


Hazırlanması:

İlk əvvəl içliyi hazırlamağa başlayın. Kartofların qabığını soyub yaxşıca qaynadın. Sonra püre halına salın. Bir tavaya kərə yağını əlavə edib soğanları yaxşıca qovurun. Üstünə qiyməni əlavə edərək suyunu çəkənə qədər bişirin. Kartofları da əlavə etdikdən sonra duz, istiot əlavə etdikdən sonra hazır hala sala bilərsiniz.

Daha sonra xəmiri hazırlamağa başlayın.

Yoğurma qabının içinə xəmir üçün lazım olan ərzaqları yavaş-yavaş əlavə edərək yo\urun.

Ələ yapışmadıqda 20 dəqiqə otaq istiliyində saxlayın.

Hazırlanan xəmiri 6 bərabər hissəyə bölün, nişasta ilə ilə açın.

Açdığınız xəmirlərin ilk qatını kərə yağı ilə yağlayın və digər qatı üzərinə yerləşdirin. Bunu bütün qatlar üçün də edin.

Ən son qatı boxça formasında edin, yağların və soyuducuda 20-25 dəqiqə saxlayın.

Gözlədilə xəmir dik formadan 4 hissəyə bölün, nişasta ilə açın.

İçliyi yerləşdirib xəmiri bağlayın. 

Qiyməli səhər yeməyi (foto resept)

Soba listinə yerləşdirin, üstlərinə kərə yağını çəkin.

180 dərəcədə qızarana qədər bişirin.

Qiyməli səhər yeməyi (foto resept)

 

23 fevral 2019
GO BACK