Qadin.NET / Qazaxıstan mətbəxindən "Çak-çak" şirniyyatı

Qazaxıstan mətbəxindən "Çak-çak" şirniyyatı

 

Tərkibi:

3 ədəd yumurta

250 qram un

1 paket qabartma tozu

yarım ç/q duz

2 su st bal

1 su st toz şəkər

yarım çay st nişasta

4 su st duru yağ

 

Hazırlanması:

Yumurtaları kasada yaxşıca çırpın. Sonra un, qabartma tozu, duz və çırpılmış yumurtaları qarışdırıb, yoğurun.

Hazırlanan xəmiri 5 bərabər hissəyə bölün və hər birini yuvarlaq formada açıb, ortadan ikiyə kəsin.

Ortadan ikiyə kəsdiyiniz xəmiri üst-üstə olacaq formada qoyaraq kəsin.

Xəmirləri bir-birinə yapışmaması üçün xəmirləri nişastaya batırın. 

Əvvəlcədə qızdırdığınız bol yağın içinə doğradığınız xəmirləri atın və yaxşı qızarana qədər gözləyin.

Qazaxıstan mətbəxindən "Çak-çak" şirniyyatı

Qızartdığınız xəmirləri, sous tavasında bal və şəkəri karamelize edib qarışdırın.

Forma vermək üçün fincana qoyub tərs çevirə bilərsiniz. 45 dəqiqə qədər şərbətin donmasını gözlədikdən sonra servis edə bilərsiniz. 

Qazaxıstan mətbəxindən "Çak-çak" şirniyyatı

 

20 fevral 2019
GO BACK