Tərkibi:
3 ədəd böyük boy kartof
4 y/q zeytun yağı
1 ədəd orta boy soğan
3 ədəd yumurta
yarım ç/q duz
yarım ç/q istiot
Hazırlanması:
Kartofları soyub, incə-incə dilimləyin. Sonra soğanı doğrayın.
Otaq istiliyində olan yumurtaları dərin qabın içində ədviyyatlarla birlikdə çırpın.
Geniş tavaya zeytun yağı əlavə edin. Soğanları əlavə edin və 2-3 dəqiqə qovurun. Ardınca kartofları əlavə edib yumşalana qədər bişirin.
Kartofların üstünə yumurtalı qarışımı əlavə etdikdən sonra xəfif qarışdırın.
Alt hissəsi qızardıqdan sonra tərsinə çevirib qızardın.
Qapağı açıq formada yumurtalar qatılaşana qədər bişirin.
Alt-üst bişdikdən sonra servis edə bilərsiniz.