Qadin.NET / Sadə Truffle (foto resept)

Sadə Truffle (foto resept)

Bu reseptde yazılan miqdarlardan, istifadə etdikdə 10 - 12 ədəd truffle alınır.

Daha çox hazırlamaq üçün bu ölçuləri 2 və ya 3 dəfə artırmaq olar.

Lazım olanlar :

peçenyə - 150 qram

şəkər tozu - 2 xörək qaşığı

kakao - 2 xörək qaşığı

kərə yağı - 2 xörək qaşığı

vanil 1 çay qaşığı  

 

Üzəri  üçün :

kokos

vafli

Hazırlanması :

 Peçenyələrimizi dərin bir qaba boşaldırıq.

Sadə Truffle (foto resept)

Narın ovuntu halına düşənə qədər əzirik.

Sadə Truffle (foto resept)

Ayrı bir qabda yağı, şəkər tozunu və kakaonu qarışdırıb, orta istilikdə, yağ əriyib digərlərinə tam qarışanadək, qızdırırıq.

Sadə Truffle (foto resept)

Bu qarışığı, ovuntu halına gətirdiyimiz peçenyələrin üzərinə əlavə edərək, hamısının bir-birinə tam qarışdırırıq.

Və bərkiyənə kimi  soyuducuda saxlayırıq.

Sadə Truffle (foto resept)

Üzərini bəzəmək üçün, vaflilərimizi ovuntu halına salırıq.

Sadə Truffle (foto resept)

Sadə Truffle (foto resept)
Bərkiyən kütlədən 1 dolu çay qaşığı götürüb, əlimizdə truffle formasında düzəldirik.
Sadə Truffle (foto resept)
Formaya saldığımız trufflləri, vafli ovuntusunun içərisinə qoyaraq, hər tərərfini ovuntuya bulayırıq.
Sadə Truffle (foto resept)

Sadə Truffle (foto resept)

Yarısını isə kokos qırıntıları ilə bəzəyə bilərsiniz.

Zövqə görə qoz və ya fındıq ovuntusunada bulamaq olar.
Sadə Truffle (foto resept)

Sadə Truffle (foto resept)
Truffllarımız hazırdır.
Sadə Truffle (foto resept)

Sadə Truffle (foto resept)

Nuş olsun!

Qeyd : Tez əridiyi  üçün soyuducuda saxlanmalı, ancaq yeyilən zaman soyuducudan çıxarılmalıdır .



5 sentyabr 2011
GO BACK