Qadin.NET / Badamlı Brauni (foto resept)

Badamlı Brauni (foto resept)

 

Tərkibi:

 

1/2 st tumu çıxarılmış xurma

1 st yarım buğda unu

3/4 st kakao tozu

1 yarım ç/q qabartma tozu

1/2 otaq istiliyində badam xəmiri

3/4 st ərimiş hindistan qozu yağı

3/4 istədiyiniz dadlandırıcı

1/2 st hindistan qozu şəkəri

1/3 st badam südü

1/2 ç/q dəniz duzu

1 y/q vanil

100 qram 70%-lik şokolad, bölünmüş və doğranmış

1/2 st qovrulmuş və doğranmış badam

 

Hazırlanması

Xurmaları kasaya qoyun və üstünü keçəcək qədər qaynar su əlavə edin. 20 dəqiqə yumşalmağını gözləyin. Çəyirdəkləri çıxarın və kənara qoyun

Sobanı 350 dərəcədə əvvəldən isidin. Soba listinə kağızı sərin və yapışmaması üçün yağlayın.

Quru ərzaqları bir qabda qarışdırın

 

Badamlı Brauni (foto resept)

 

 

Xurmaları, badam xəmiri, hindistan qozu yağı, dadlandırıcı, badam südünü, duzu və vanili blenderdən keçirin.

Yaş qarışımı quru qarışımın üstünə əlavə edib bütünləşənə qədər qarışdırın. 2 yemək qaşığı şokoladı üstü üçün ayırın və qalanını içinə əlavə edin. 

 

Badamlı Brauni (foto resept)

 

 

Xəmiri soba qabına tökün, yayın.

Qalan şokoladı və badamı üstünə tökün.

30 dəqiqə bişirin və çöplə bişib-bişmədiyini yoxlayın. 

45 dəqiqə soyuduqdan sonra servis edə bilərsiniz.

 

Badamlı Brauni (foto resept)

 

1 yanvar 2019
GO BACK