Tərkibi:
1 su st süd
1 su st krem
1 paket jelatin
yarım çay st qədər toz şəkər
1 paket şəkərli vanil
Sousu üçün
400 qram qədər donmuş moruq
yarım çat st qədər az su
yarım çay st toz şəkər
Hazırlanması
Süd, şəkər və jelatini bir qazana əlavə edib qaynayana yaxın vanili əlavə edin.
Bir qədər qaynadıqdan sonra qazın üstündən götürüb kasalara tökün. Ardınca sousu hazırlamaq üçün başqa qazan götürün.
Bütün ərzaqları qaynadıb süzgəcdən keçirin, sonra blenderdən keçirin.
Sous və şirniyyat ayrı-ayrı soyuduqdan sonra üstünə tökə bilərsiniz.
Moruqla bəzədikdən sonra servis edə bilərsiniz.