Tərkibi:
200 qram bitter şokolad
250 qram kərə yağı
8 yumurta
50 qram un
90 qram şəkər
10 ədəd keks qəlibi
550 qram vanilli dondurma
Hazırlanması:
Qəlib qablarını yağlayıb biraz un səpib kənara qoyun. 3 yumurta sarısını bir kasada çırpın. Digər yumurtaları əlavə edib qarışdırmağa davam edin. Şəkəri qoyub qarışdırıb yavaş-yavaş un əlavə edin.
Bir qazanda kərə yağını əridib şokoladları içinə doğrayın. Əriyən şokolada qarışımı əlavə edib qarışdırın. Kek qəliblərinə bir barmaq boş qalacaq qədər doldurun. 180 dərəcə isitdiyiniz sobaya 10 dəqiqə bişirdikdən sonra servis edə bilərsiniz.