Tərkibi:
4 ədəd yumurtanın ağı
4 ədəd yumurtanın sarısı
35 qram kərə yağı
yarım paket vanil
75 qram toz şəkər
25 qram un
1 çay stəkan süd
Üstü üçün;
Pudra şəkəri
Hazırlanması:
Aldığınız sufle qabının içinə kərə yağı çəkib üstünə toz şəkər səpin. Ardınca un ilə kərə yağını qarışdırıb süd və vanil əlavə edin.
Tünd rəng alana qədər qaynatdıqdan sonra 1 ədəd yumurtanın ağını çırpıb qarışıma əlavə edin.
Soyuduqdan sonra yumurtanın sarısını qarışıma əlavə edib yaxşıca çırpın. Şəkəri və qalan yumurta ağlarını da əlavə edib qarışdırın.
Ortaya çıxan qarışımı qablara bölüb əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada bişirin və pudra şəkəri ilə bəzəyib servis edin.