Qadin.NET / Yeni il şirniyyatı (foto resept)

Yeni il şirniyyatı (foto resept)

 

Tərkibi

 

1 su st pudra şəkər

3 y/q əridilmiş kərə yağı

yarım su st fıstıq əzməsi

400 qram əridilmiş ağ şokolad

bəzək şəkəri

 

Hazırlanması:

Kərə yağını, fıstıq əzməsi və pudra şəkərini bir qabda yaxşıca qarışdırın.

Homogen hala gətirdikdən sonra top formasına salın. Topları kiçik olmasına çalışın. Sonra soyuducuda 30 dəqiqə saxlayın.

Ağ şokoladı əridin. Yandırmamağa çalışın. Topları sürətli formada ağ şokolada batırıb çıxarın. Sonra hamısını soyuducuya qoyun. 

 

Yeni il şirniyyatı (foto resept)

 

 

Ağ şokolad yerinə qara şokoladdan da istifadə edə bilərsiniz.

 

Yeni il şirniyyatı (foto resept)

 

 

14 dekabr 2018
GO BACK