Tərkibi:
vanilli pudinq
albalı suyu
1 paket bisküvit
5 qaşıq manna yarması
10 y/q şəkər
Hazırlanması:
Qazana 1 paket vanil pudinqini və albalı suyunu boşaldıb qaynadın. Ardınca qarışımı 1 şüşə listə boşaldın.
Soyuyan qarışıma bisküvitləri parçalayıb əlavə edin. Başqa qazanda manna yarması süd və şəkəri qovurun. Tündləşənə qədər qarışdırın.
Bu qarışımı da bisküvitlərin üstünə boşaldıb, şüşə listi soyuq yerdə saxlayın. Daha sonra soyuducuya qoyub 1 gün əl vurmayın.