Tərkibi:
1 yemək qaşığı kərə yağı
1 su stəkanı tel makaron
1 su stəkanı hindistan qozu südü
5 su st süd
1 y/q un
3 y/q nişasta
2 su st şəkər
1 ç/q darçın
Hazırlanması:
Tavada kərə yağını əridin və makaronları qovurun.
Ayrı tavaya süd, şəkər, nişasta və un əlavə edin. Aşağı dərəcədə bişirin. Tündləşdikdə çəkilmiş qozu, hindistan qozunu və makaronu əlavə edib qarışdırın.
Şüşə qabı isladın, şirniyyatı içinə əlavə edin.
Soyuducuda 3-4 saat gözlədikdən sonra üzərinə fıstıq və darçın səpib servis edə bilərsiniz.