Tərkibi:
250 qram şokoladlı bisküvit
100 qram əridilmiş duzsuz kərə yağı
600 qram bitter şokolad
125 ml espresso qəhvə
1,5 su st krem
toz kakao
Krem üçün
2 su st krem
1 su st "mascarpone pendiri"
Hazırlanması:
Bisküvitləri və ərimiş kərə yağını yaxşıca qarışdırın.
25 sm olan oval soba listinə altına və yanlarına bastıraraq qarışımı yerləşdirin. Alt hissənin donması üçün 15 dəqiqə soyuducuda saxlayın.
Bitter şokoladı sürtgəcdən keçirərək və ya kiçik hissələr halında kəsin.
Qəhvə və kremi fərqli qazanda isidin. Qaynadıqda şokoladı əlavə edib qazın üstündən götürün və əriyənə qədər qarışdırın. Biraz soyuduqdan sonra bisküvitli qarışımın üstünə tökərək soyuducuda 3-4 saat saxlayın.
Çırpma qabına pendir və kremi əlavə edib qabarana qədər çırpın. Kremi sıxma qabına töküb şokoladlı piroqun üstünə top-top sıxın. Üstünə toz kakao səpin.