Tərkibi:
200 qram un
35 qram toz şəkər
8 qram qabartma tozu
5 qram vanil
2 ədəd yumurta
80 qram qatıq
40 qram əridilmiş kərə yağı
300 ml süd
2 çimdik duz
Üstü üçün:
150 qram krem şokolad
300 qram əncir dilimləri
100 qram üyüdülmüş fındıq
100 qram labne pendiri
Hazırlanması:
Bir qabın içinə un, toz şəkər, qabartma tozu, vanil və duzu əlavə edib yaxşıca qarışdırın. Ayrı bir qabda isə yumurtanı yaxşıca qarışdırın. Qarışdırdığınız yumurtanın içinə süd və qatıq əlavə edib 5 dəqiqə daha çırpın.
Un qarışımını yumurta qarışımına əlavə edib qarışdırın. Vafli qəlibini xəfif isidib, xəfif yağlayıb qarışımı töküb bağlayın. 3 dəqiqə bişdikdən sonra çıxarın. Bişən xəmirlərin üstünə krem çəkin, dilimlənmiş əncir və digər ərzaqları düzün.