Qadin.NET / Maqnoliya pudinqi (foto resept)

Maqnoliya pudinqi (foto resept)

 

Tərkibi:

2 su st süd

3/4 su st şəkər

1/4 su st un

1 y/q vanil

3 ədəd yumurta

1 çimdik duz

1 ədəd banan

istəyə görə körpə peçenyesi

 

Hazırlanması:

Bir qazanın içində süd, un, şəkər və duzu ocaqda çırpın. Ayrı kasanın içində yumurtaları çırpın.

İsinən süddən bir qaşıq götürərək yumurtaların içinə qarışdırın. Daha sonra daha iki qaşıq əlavə edərək südlü qazanda bir yanda çırpma qaşığı ilə qarışdıraraq yumurtalı qarışımı yavaş-yavaş tökün.

 

Maqnoliya pudinqi (foto resept)

 

 

İçinə vanil də əlavə edərək orta dərəcədə qazda qarışdırmağa davam edin.

Qaynadıqda  qazın üstündən götürün və qarışım soyuyana qədər çırpın.

 

Maqnoliya pudinqi (foto resept)

 

Sonra südlü şirniyyatı qoyacağınız qaba peçenye və banan doğrayın. Üzərinə pudingi əlavə edərək, eyni şeyi təkrarlayın.  

Maqnoliya pudinqi (foto resept)

 

 

8 oktyabr 2018
GO BACK